Beynəlxalq Cüdo Federasiyasının konqresi keçirilib
05 may 2023 662

Mayın 4-də Qətərin paytaxtı Dohada Beynəlxalq Cüdo Federasiyasının (BCF) konqresi keçirilib. Konqresdə BCF-in rəsmi nümayəndələri, o cümlədən 100-dən çox ölkədən təmsilçilərlər iştirak ediblər. Azərbaycanı konqresdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli və baş katib Rəşad Rəsullu təmsil edib.
BCF-in konqresi iki ildən bir keçirilir və cüdo ictimaiyyətinin bir araya gələrək mühüm məsələləri müzakirə etmək, cüdonun gələcəyi ilə bağlı qərarlar qəbul etmək imkanı yaradır.
Konqresin gündəliyinə BCF-in baş katibi və baş xəzinədar vəzifələrinə seçkilər daxil edilib. Belə ki, Böyük Britaniya təmsilçisi Liza Allan BCF-in baş katibi seçilib.
Həmçinin konqresdə idmanın inkişaf proqramları, təhsil, hakimlik, məşqçilik üzrə məsələlər və yeniliklər müzakirə olunub. BCF və Kontinental Birliklər hesabatlarını təqdim ediblər.
BCF-in Prezidenti Mauris Vizer bütün milli federasiyalara, Kontinental Birliklərə və cüdo idman növünün inkişafına verilən böyük dəstəyə görə BCF-in əməkdaşlarına təşəkkür edib.
Konqresdə BCF-in baş direktoru və Beynəlxalq Elektron İdman Federasiyasının prezidenti Vlad Marinesku çıxış edib. O, cüdoya dair ən son xəbərləri operativ bütün dünyaya çatdırmaq üçün müxtəlif platformalar haqqında məlumat verib. Marinesku həmçinin BCF-in ən uğurlu təşəbbüslərindən biri – hazırda 2,5 milyon fərdi istifadəçiyə sahib olan, uşaqların cüdonun dəyərlərini anlamaq və daha sonra cüdo ailəsinə qoşulmaq üçün effektiv vasitə kimi “Minecraft” oyununu xüsusi qeyd edib.
Azərbaycan Cüdo Federasiyası cüdo idman növünü təbliğ etmək və standartların təkmilləşdirilməsi üçün BCF-ilə sıx əməkdaşlıq edir. BCF tələb olunan infrastrukturun inkişafı baxımından ACF-ə texniki dəstək göstərir.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı