Beynəlxalq Multikulturalizm qış məktəbi Milli Olimpiya Komitəsində
15 fevral 2016 1259
15 fevral 2016-cı ildə Milli Olimpiya Komitəsinin inzibati binasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyətə başlayan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi çərçivəsində “Olimpiya Hərəkatı və Azərbaycanda idmanın inkişafı” mövzüsünda vitse-prezidenti Çingiz Hüseynzadə çıxış etdi.
Milli Olimpiya Komitəsinin yaranması və inkişafı və bu yolda Azərbaycan yığmasının uğurları haqqında ətraflı məlumat verildi. O cümlədən, Azərbaycan yığma komandasının Olimpiya Oyunlarında qazandığı uğurları və Rio 2016 Olimpiya Oyunlarına hazırlıqları vitse-prezident danışdı.
Bakı 2015 Avropa Oyunları və Bakı 2017 İslam Həmrəylik Oyunlarının təşkilat prosesi və uğurlarımızdan misal göstərildi.
Tədbir gənc qonaqların sual-cavab sessiyası ilə sona çatdı.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı



