Boksçularımızın dünya çempionatında ilk rəqibləri bəlli olub
15 mart 2023 82

Hindistanın paytaxtı Yeni Dehlidə qadın boksçular arasında keçiriləcək dünya çempionatının püşkü atılıb. Püşkə əsasən Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.
Boksçularımızdan ilk olaraq Anaxanım İsmayılova və Zeynəb Rəhimova mübarizəyə qoşulacaqlar.
Dünya çempionatı
1/32 final
16 mart
Anaxanım İsmayılova (50 kq) – Zarin Nixad (Hindistan)
Zeynəb Rəhimova (54 kq) – Lethokule Sibisi (CAR)
1/16 final
18 mart
Günel Rəhimova (48 kq) – Snejana Silykoviç (Serbiya)
Şəhla Allahverdiyeva (66 kq) – Mariya Ernandes (Dominikan Respublikası)
19 mart
Məhsəti Həmzəyeva (57 kq) – Cennifer Peters (Yeni Zelandiya)
22 mart
1/4 final
Aynur Rzayeva (+81 kq) – Angel Corc Eyed (Trinidad və Tobaqo)/Kelin Li-Lo (Yeni Zelandiya)
Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.
Bənzər xəbərlər

Azərbaycan Badminton Federasiyası Afrikada badmintonun inkişafına dəstək olacaq
Azərbaycan Badminton Federasiyası Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli ... Ətraflı

İlk yarış gününə yekun vuruldu
May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr ... Ətraflı