Boksçuların Avropa Olimpiya Təsnifat Turniri Parisdə keçiriləcək
04 mart 2021 1509
Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin yeri və vaxtı dəqiqləşib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqələrin sahibləri Fransanın paytaxtı Parisdə bəlli olacaq.
Yarışa iyunun 4-də start veriləcək və 8-də həlledici final döyüşləri ilə yekunlaşacaq. Amerika Olimpiya Təsnifat Turniri isə 10-16 may günlərində Argentinanın paytaxtı Buenos- Ayresdə keçiriləcək.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri ötən il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlamışdı. Lakin yarış üç gündən sonra koronavirus pandemiyası üzündən dayandırılmışdı. Qeyd edək ki, Azərbaycan millisinin heyətində hələlik yalnız bir nəfər – Tayfur Əliyev (57 kq) Olimpiadada iştirak hüququ qazanıb.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı