Boksçumuz Olimpiada bürüncünü rəsmiləşdirdi
01 avqust 2021 1198
Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. 81 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda son olimpiya çempionu kubalı Arlen Lopeslə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Dominqes olimpiadanın bürünc medalı ilə kifayətlənib. İlk raundda 5 hakimdən 4-ü Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib. İkinci hissədə isə 4 referi Lopesin leyhinə qərar çıxarıb. Dominqes üçüncü raundda noqdauna düşüb və hakimlərin hamısı Lopesin üstün olduğu qənaətinə gəlib.
Qeyd edək ki, Alfonso Dominqes 1/8 final mərhələsində özbəkistanlı Dilşodbek Ruzmetovu, 1/4 finalda isə türkiyəli Bayram Malkanı mübarizədən kənarlaşdırıb.
Bənzər xəbərlər
Prezident Olimpiya mükafatçılarını təltif etdi
Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi ... Ətraflı
Hacı Əliyev: "Bu, hamımızın zəfəridir"
"Çox sevinirəm ki, olimpiadanın gümüş medalını qazandım. Sözsüz, "qızıl"a çox ... Ətraflı