"Böyük dəbilqə”: Azərbaycan cüdoçuları qızıl və gümüş medal qazanıb
17 fevral 2024 1120
Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük dəbilqə” turnirində qızıl medal qazanıb.
81 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Tçkayev finalda komanda yoldaşı Ömər Rəcəblini məğlub edərək, fəxri kürsünün birinci pilləsinə qalxıb. Cüdoçumuz Ömər Rəcəbli isə gümüş medala sahib olub.
Bundan öncə Hidayət Heydərov (73 kiloqram) da qızıl medalın sahibi olub.
Qeyd edək ki, turnirin ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar.
Fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
