Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir təxirə salınan oyun keçirilib
28 fevral 2023 1025
VII turun baş tutmayan “Xarı bülbül” - MOİK matçı Voleybol Mərkəzində təşkil olunub. Qarşılaşma Şuşa klubunun üstünlüyü ilə başlayıb. İlk hissədə 27:25 hesabı ilə qalib gələn “Xarı bülbül” komandası sonrakı setləri də aktivinə yazıb - 25:08, 25:19.
Beləliklə, bu matçdan sonra Azərbaycan Yüksək Liqasında III dövrə başa çatıb. Üç dövrədən sonra “Murov” 26 xalla turnir cədvəlinə liderlik edir. 15 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.
VII tur ( təxirə salınan oyun)
“Xarı bülbül” - MOİK 3:0 (27:25, 25:08, 25:19)
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı

