Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrə oyunlarına start verilib
02 fevral 2023 1266
Günün ilk görüşündə “Neftçi” “Murov”la üz-üzə gəlib. İlk iki setdə 25:22, 25:22 hesabı ilə qalib gələn “Murov” üçüncü hissədə 16:25 hesabı ilə məğlub olub. Dördüncü set isə matçda sonuncu olub. Bu hissədə 25:21 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası görüşün yekun hesabını müəyyənləşdirib - 3:1.
Voleybol Mərkəzində təşkil olunan IV turun növbəti matçı MOİK və “Xarı bülbül” komandaları arasında olub. Qarşılaşma Şuşa klubunun 25:21 hesablı üstünlüyü ilə başlasa da, ikinci hissədə Eldar Əliyevin komandası 25:22 hesabı ilə qalib gəlib. Üçüncü və dördüncü setlərdə isə yenidən “Xarı bülbül” 25:18 və 25:21 hesabı ilə qələbə qazanıb - 3:1.
Beləliklə, II dövrənin ilk turundan sonra “Murov” 12 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 6 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə sonuncu pilləni tutur.
IV tur
“Neftçi” - “Murov” 1:3 (22:25, 22:25, 25:16, 21:25)
MOİK - “Xarı bülbül” 1:3 (21:25, 25:22, 18:25, 21:25)
Bənzər xəbərlər
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və ... Ətraflı
Olimpiadanın açılış mərasimində çıxış edəcək müğənni müəyyənləşib
Amerikanın pop müğənnisi Meray Kerri Milano Kortino de Ampetzo - ... Ətraflı

