Bu gün voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında 2023/2024 mövsümü start götürüb
17 noyabr 2023 1205
Yüksək Liqanın ilk oyununda ötən mövsümün bürünc medalçı “Neftçi” və son çempion “Murov Az Terminal” klubları üz-üzə gəliblər. Maraqlı mübarizədə keçən bu görüşdə “Murov Az Terminal” rəqibini 3:1 (25:20, 21:25, 31:29, 25:17) hesabı ilə məğlub edib və ölkə birinciliyində ilk xallarını qazanıb.
Günün digər qarşılaşması “AZERRAIL” və MOİK komandaları arasında baş tutub. Rəqibindən daha üstün oyun nümayiş etdirən “AZERRAIL” meydandan quru hesablı (3:0) qələbə ilə ayrılıb.
Yüksək Liqa
16 noyabr
I tur
“Neftçi” - “Murov Az Terminal” 1:3 (20:25, 25:21, 29:31, 17:25)
“AZERRAIL” – MOİK 3:0 (25:15, 25:15, 25:16)
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı