Xəbərlər

Buenos Ayres 2018 Oyunlarında veriləcək medalların dizaynı açıqlandı

30 aprel 2018 462

Buenos Ayresdə keçiriləcək yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazanılacaq 1200 dən çox medalların dizaynı başa çatmışdır.

Medalın ön hissəsi ümumdünya müsabiqəsində seçilmiş İndoneziyalı bir gənc tərəfindən hazırlanmışdır. Medalıın arxa hissəsi isə Buenos Ayres 2018 Təşkilat Komitəsinin qrafik dizaynerləri tərəfindən yaradılmışdır.

Medalın dizaynı gənclərin Olimpiya oyunlarının şöhrətini və ruhunu təmsil edən atəşfəşanlıqdan ilhamlanmışdır.

Medalın bir hissəsində atəşfəşanlığın açılması və “Buenos Ayres 2018 Gənclərin Olimpiya Oyunları” yazısı və beş Olimpiya halqaların buatəşfəşanlığın üzərində əks edilib.

Atəşfəşanlıq medalın ikinci tərəfində davam edərək Buenos Ayres 2018-in vizual identikliyini təşkil edən bir formada birləşir.

Medalın üz hissəsi 18 yaşlı Məhəmməd Fərid Hüseyn tərəfindən yaradılmışdır. Onun dizaynı yanvar ayının sonunda 50 ölkədən 300 nəfərin göndərdiyi təkliflərindən seçilmişdir.

Medalın ikinci tərəfi Təşkilat Komitəsinin qrafik dizaynerləri komandasında çalışan 24 yaşlı argentinalı Fermin İqaretta tərəfindən işlənmişdir.

Medal 80mm diametrindədir. Medalın qutusunun eni 110mm, uzunluğu 160mm və hündürlüyü isə 50mm-dir.