Xəbərlər

"Çempionlar" turnirində 10 medal

03 may 2023 405

Aprelin 30-dən mayın 2-dək Türkiyənin Antalya şəhərində gənclər (U20) arasında güləş üzrə "Çempionlar" turniri keçirilib.

Ənənəvi yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil edib. Sərbəst güləşdə Ceyhun Allahverdiyev (61 kq) və Ramik Heybətov (65 kq) qızıl, Ruslan Abdullayev (57 kq) gümüş, Cavidan Əhmədov (70 kq), Əkbər Vəliyev (74 kq), Təbriz Bayramov (86 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal qazanıb. 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən millimiz 140 toplayaraq komanda hesabında 3-cü yeri tutub.
Qadın güləşi üzrə yığmamız isə 1 dəst medal qazanıb. Gültəkin Şirinova (53 kq) çempion olub. Ruzanna Məmmədova (55 kq) ikinci, Əsmər Cankurtaran (53 kq) isə üçüncü yeri tutub.
Beləliklə, 2 növün cəmində ümumilikdə 10 (3 qızıl, 2 gümüş, 5 bürünc) medal qazanılıb.

Qeyd edək ki, “Çempionlar” turnirində II dərəcəli beynəlxalq hakim Xəzər Allahverdiyev ədaləti qoruyub.