Çingiz Hüseynzadə: Bütün idman növlərinin inkişafına töhfə vermək üçün çalışırıq
29 fevral 2024 712

"İmzalanan protokol Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyası (AVF) arasında fəaliyyətimizin yeni mərhələsidir".
Bu sözləri MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə AVF ilə birgə əməkdaşlığa dair niyyət protokolunun imzalanma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, "Kompleks İnkişaf Modeli" layihəsini ilk olaraq komanda idman növlərinə daxil olan voleybolla bağlı həyata keçirdiklərini bildirib: "Biz Azərbaycan voleyboluna, eləcə də bütün idman növlərinin inkişafına töhfə verəcəyik. Ona görə də bu cür layihə həyata keçiririk".
Ç.Hüseynzadə bu layihəni digər idman federasiyaları ilə də həyata keçirəcəklərini söyləyib: "Gələcəkdə basketbol, həndbol və futbolla bağlı da planlarımız var. Əsas məqsəd bütün idman növlərinin inkişafına kömək etməkdir".
MOK rəsmisi "Qarabağ" komandasının Avropa Liqasının 1/8 final mərhələsində Almaniya təmsilçisi "Bayer"ə ( Leverkuzen) qarşı keçirəcəyi oyunlar barədə danışıb: "Rəqibimiz Almaniyanın deyil, Avropanın ən güclü komandalarından biridir. Çətin oyunlar olacaq. Düşünürəm ki, artıq Qurban Qurbanovun kollektivi avrokuboklarda tarix yazmağı bacarıb".
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı