Çingiz Hüseynzadə: Üçüncü Avropa Oyunlarının idman təqvimi bizim üçün o qədər də əlverişli deyil
30 may 2023 679

Təəssüflə qeyd etməliyəm ki, qarşıdan gələn üçüncü Avropa Oyunlarının idman təqvimi bizim üçün o qədər də əlverişli deyil.
Bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Vitse-prezident qeyd edib ki, idmanın güləş növü üçüncü Avropa Oyunlarının proqramında yoxdur. Cüdo yarışları isə yalnız komanda şəklində keçiriləcək. Birinci və İkinci Avropa oyunlarında sambo olsa da, Polşada keçiriləcək yarışlarda idmanın bu növü proqramdan çıxarılıb.
“Medallara iddia etdiyimiz idman növləri üçüncü Avropa Oyunlarının proqramında yer almır. Ancaq digər idman növlərində də medal qazanmaq şansımız var. Bu səbəbdən üçüncü Avropa Oyunlarında idmançılarımızın performansları barədə nə isə demək mümkün deyil. Mən inanıram ki, idmançılarımız istənilən idman növündə sonadək mübarizə aparacaq və qələbə qazanmağa çalışacaqlar”, - deyə vitse-prezident əlavə edib.
Qeyd edək ki, üçüncü dəfə təşkil olunacaq Avropa Oyunları ilk dəfə 2015-ci ildə Bakıda keçirilib.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı