Çövkən üzrə dünya çempionatı: Azərbaycan millisi Qazaxıstana qalib gəlib
06 noyabr 2023 993
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan çövkən üzrə dünya çempionatında II turun oyunları keçirilib.
Binə Atçılıq Mərkəzində təşkil olunan yarışın ikinci günündə 3 qarşılaşma baş tutub.
İlk görüşdə Azərbaycan və Qazaxıstan yığmaları üz-üzə gəlib. Matç Azərbaycan seçməsinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər oyunlarında Mərakeş Polşanı 4:0, Özbəkistan isə Türkiyəni 3:0 hesabı ilə məğlub edib.
Noyabrın 8-də 3-cü yer uğrunda Polşa və Özbəkistan, finalda isə Azərbaycan və Mərakeş komandaları qarşılaşacaq.
Noyabrın 7-də isə cıdır və yorğa qaçışlarına start veriləcək.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı