Cüdo Federasiyasının prezidenti yığmanın məşqini izlədi
13 mart 2022 527

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Ağstafa şəhərində region məşqçiləri və idmançıları ilə görüşüb. Görüş zamanı regionlarda cüdonun daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar verilib.
Regionlarda, o cümlədən Ağstafa və ətraf rayonlarda cüdonun daha da kütləviləşdirilməsi yeniyetmələrin və gənclərin fiziki və mənəvi tərbiyəsinə öz töhfəsini verməklə yanaşı, gələcəkdə milli yığmaların üzvü ola biləcək istedadlı idmançıların aşkarlanması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Bununla yanaşı, Rəşad Nəbiyev Göygöl Olimpiya Kompleksində kişilərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautmanın rəhbərliyi ilə təşkil olunmuş ilk təlim-məşq toplanışı çərçivəsində kişilərdən və gənclərdən ibarət milli yığma komandaların məşqini də izləyib.
Bənzər xəbərlər

Rüstəm Orucov: Bəzən cüdodan uzaqlaşdığıma görə depressiyaya düşürəm
“Belə kreativ mükafata layiq görüləcəyimi gözləmirdim. Mənim üçün də sürpriz ... Ətraflı

“Vüqar Həşimov Memorialı”nın açılış mərasimi keçirilib
Sayca 9-cu dəfə təşkil olunan şahmat üzrə "Vüqar Həşimov Memorial-2023" ... Ətraflı