Cüdoçular Türkiyədə təlim-məşq toplanışında iştirak edir
06 aprel 2023 1260

Azərbaycan cüdoçuları aprelin 3-dən 8-ə qədər Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir. Hazırlıq prosesində İsrail, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Polşa, İtaliya və digər ölkələrdən 200-dən çox cüdoçu iştirak edir. Təlim-məşq toplanışına Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandasının 23 üzvü və gənclərdən ibarət milli yığma komandasının 14 üzvü qatılıb.
Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı 7-13 may tarixlərində Qatarın paytaxtı Dohada baş tutacaq böyüklər arasında Dünya çempionatına, həmçinin sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı