Cüdoçularımız Avropa çempionatında ilk günündə 3 medal qazandı
07 sentyabr 2023 731

Azərbaycan cüdoçuları 7 sentyabrda Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.
Yarışın ilk günündə Azərbaycan yığma komandasının 7 üzvü medallar uğrunda mübarizə aparıb. Oğlanlar arasında -60 kq. çəkidə Nizami İmranov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Nizami həlledici görüşdə İsrail təmsilçisi Yehonatan Vekslerə “waza-ari” xalı ilə qalib gələrək qızıl medal qazanıb.
-66 kq. çəkidə Aydın Rzayev final görüşündə gürcüstanlı cüdoçu Tenqo Zirakaşvili ilə güclərini sınayıb. Nəticədə Aydın çempionatın gümüş medalına sahib olub.
Qızlar arasında isə -52 kq. çəkidə Aydan Vəliyeva üçüncü yer uğurunda görüşdə İtaliya təmsilçisi Mikaela Şakovelli ilə qarşılaşıb. Aydan əzmkar mübarizə apararaq “golden score”-un 3-cü dəqiqəsində “ippon” ilə rəqibinə qalib gələrək bürünc medalı əldə edib.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı