Cüdoçularımız Paris Böyük Dəbilqə turnirində iştirak edəcək
02 fevral 2023 1153
4-5 fevralda Fransanın paytaxtı Paris şəhərində Böyük Dəbilqə turniri keçiriləcək. İki gün davam edəcək turnirdə dünyanın 85 ölkəsindən 535 idmançı iştirak edəcək. Azərbaycan milli yığma komandası yarışda 7 çəki dərəsində 9 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçularımız mötəbər yarışda performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılovun rəhbərliyi altında çıxış edəcək.
-60 kq.
Balabəy Ağayev
-66 kq.
Yaşar Nəcəfov
-73 kq.
Nurlan Osmanov
-81 kq.
Elcan Hacıyev
Zelim Tçkayev
-90 kq.
Murad Fətiyev
-100 kq.
Zelim Kotsoyev
+100 kq.
Uşanqi Kokauri
Camal Qamzatxanov
Bənzər xəbərlər
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı