Cüdoçularımız Sloveniyada təşkil olunan Kodokan Kata seminarında iştirak ediblər
16 iyun 2023 1153
14-15 iyunda ilk dəfə Avropa Kata çempionatına qatılan cüdoçular Malik Alahverdiyev, Samir İsmayılov, İsmayıl Rzayev, İbrahim Aslanov, Rafiq Nəcəfov, Əmrah Əhmədov Kadokan Kata seminarına qatılıblar.
Kadokan Kata seminarı yaponiyalı Kadokan mütəxəssisləri Uemura Haruki (9-cu dan), Karya Çikara (6-cı dan), Dobya Yoşihiisa (8-ci dan) və Arikava Yuki (6-cı dan) tərəfindən keçirilib. Cüdoçularımız təlim zamanı əyani sürətdə imtahan verərək qurumun prezidenti Uemura Haruki tərəfindən sertifikat ilə təltif olunublar.
Kadokan Kata seminarı bacarıqların təkmilləşdirlməsi ilə yanaşı, kata-nın dərindən öyrənmək üçün unikal imkan yaradır və bu sahədə dünyada ən aparıcı məktəblərdən sayılır.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası bundan sonra da cüdoçuların ustalıq səviyyəsini artırmaq məqsədi ilə Avropa Kata çempionatında və Kadokan Kata seminarında cüdoçuların iştirakını dəstəkliyəcəkdir.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
