Xəbərlər

Cüdoçularımız Zaqreb Avropa Kuboku turnirində komanda hesabında birinci yeri tutdu

12 mart 2023 262

11-12 martda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Azərbaycan yarışda 50 nəfərdən ibarət heyətlə təmsil olunub. 

Turnirin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə edib. 

Turnirin ikinci günündə isə oğlanların yarışında -73 kq. çəkidə Süleyman Şükürov finalda polşalı idmançı Şimon Brzuszczynskini məğlub edərək qızıl medal qazanıb. -81 kq. çəkidə Aslan Kotsoyev final görüşündə Lüksemburq təmsilçisi Miça Velterə qalib gələrək komandamızın aktivinə üçüncü qızıl medalı yazdırıb. +90 kq. çəkidə Ramazan Əhmədov turnirin gümüş medalçısı olub. 

-81 kq. çəkidə mübarizə aparan cüdoçu Hüseyn Eyvazlı yarışı 5-ci yerdə tamamlayıb.

Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.