Daha iki taekvondoçumuz dünya çempionatında mübarizəyə başlayır
30 may 2023 302
Bu gün Azərbaycanın daha iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Çempionatda 58 kiloqram çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 final mərhələsində Kay Çenq (Çin) – Denis Bllaca (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.
Qadınların yarışında Fəridə Əzizova (67 kq) 1/16 finalda Kristina Teaçot (ABŞ) - Justina Koşalkovska (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.
Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.
Bənzər xəbərlər
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı
Avarçəkənimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay ... Ətraflı