Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının prezidenti Roy Beykerdən
15 fevral 2024 924
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Bu gün Azərbaycan dünyada sürətlə inkişaf edərək öz vətəndaşları üçün böyük imkanlar yaradan, həmçinin davamlı tərəqqini təmin edən ölkə kimi tanınır. Bu tərəqqi Sizin Azərbaycanı daha güclü və qüdrətli dövlət etmək bacarığınızdan xəbər verir. İnanıram ki, yeni prezidentliyiniz dövründə Azərbaycan inkişafını davam etdirəcəkdir.
Sizin bütün sahələrə, xüsusilə də idman sahəsinə dəstəyinizi alqışlayıram. Azərbaycan bir çox mühüm idman tədbirlərinə, festivallara, xüsusilə də Formula 1 yarışlarına ev sahibliyi edir. Buna görə də Bakı bütün dünyada idmanın mərkəzi kimi tanınır.
Zati-aliləri, Sizə və ailə üzvlərinizə ən dərin ehtiramımı və xoş arzularımı bildirirəm.
Hörmətlə,
Roy Beyker
Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının prezidenti
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı