Dünya Kuboku çərçivəsində 100 lövhədə turnir keçirilib
03 avqust 2023 906
Bakıda şahmat üzrə Dünya Kubokunun keçirildiyi oyun zalında uşaqlar üçün turnir təşkil olunub.
Beynəlxalq Şahmat Federasiyası (FIDE) və Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan yarış uşaqlar arasında keçirilib.
50 qız və 50 oğlan şahmatçı arasında 8, 10 və 12 yaş kateqoriyasında baş tutan turnirin sonunda qalib və mükafatçılara sertifikat, kubok və dünya reytinqinin lideri Maqnus Karlsenin imzalı şahmat lövhəsi hədiyyə olunub.
Bənzər xəbərlər
"Olimpiya dünyası" qəzetinin əməkdaşı “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatına layiq görülüb
Yanvarın 14-də "Sportsman" jurnalının təsis etdiyi "Zəfər” 2025 Beynəlxalq İdman ... Ətraflı
AKAF-ın İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının İdarə Heyətinin 2025-ci ilin yekunları ... Ətraflı