Elçin Əsədov Türkiyədə 3-cü oldu
15 sentyabr 2020 1325
Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının üzvü, gələn il Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov Türkiyədə keçirilən 1.2 kateqoriyalı “Grand Prix Velo Erciyes” yarışında uğurla çıxış edib. “Bahrain Cycling Academy” kontinental komandasının heyətində mübarizə aparan Elçin birgünlük yarışda 3-cü nəticə göstərib. Velosipedçimiz 176 km məsafəni 4 saat, 11 dəqiqə, 26 saniyəyə başa vurmaqla reytinqinə 25 xal da əlavə edib.
Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında bu yarışda iştirak edən Azərbaycan yığma komandasının digər üzvlərindən ən yaxşı nəticəyə Samir Cəbrayılov imza atıb – o 78 velosipedçi arasında 18-ci olub.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı