Xəbərlər

Emin Cəfərov mübarizəyə başladı

25 iyul 2021 747

Azərbaycanın stend atıcısı Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk çıxışlarını yekunlaşdırıb.

 

İdmançımız ilk 3 raundun nəticəsinə əsasən 71 xalla 24-cü pillədə qərarlaşıb. Cəfərov raundlarda müvafiq olaraq aktivinə 25, 23 və 23 xal yazdırıb.

 

Onunla birlikdə daha 5 idmançı eyni xalı toplayıb. Təsnifat mərhələsi sabah davam edəcək. 5 raunddan sonra ilk 6 pillənin sahibi finala vəsiqə qazanacaq.