Fəridə Əzizova: İslamiadada Azərbaycan Himni səslənəndə göz yaşlarımı saxlaya bilmədim
12 avqust 2022 282

İslamiada kimi mötəbər yarışda Azərbaycanın aktivinə qızıl medal yazdırdığım üçün çox sevinirəm. Bu, mənim üçün çox vacib idi.
Bunu V İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Azərbaycan taekvondoçu Fəridə Əzizova (67 kq) deyib.
O qeyd edib ki, yarış onun üçün çətin keçməyib. Rəqibləri İndoneziya, Mərakeş və İran idmançıları olub ki, digər yarışlarda onlardan da daha güclü taekvondoçularla qarşılaşıb: “Bakıda təşkil edilmiş İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanmışdım. Burada isə qalib adına layiq görüldüm. Azərbaycan himni səslənəndə göz yaşlarımı saxlaya bilmədim".
İdmançı bildirib ki, bundan sonra əsas hədəfi Olimpiya medalını qazanmaqdır: “Zədələndiyimə görə məşqlərdə tam gücümlə iştirak edə bilməsəm də, yarışda yüksək səviyyədə çıxış etməyi qarşıma məqsəd qoymuşdum. Məşqçilərimə söz vermişdim ki, mütləq medal qazanacağam. Hər zamankı kimi hədəf qızıl medal idi. Çox sevinirəm ki, müəllimlərin etimadını doğrulda bildim.
Qarşıda bizi məsul yarışlar gözləyir. Bu il keçiriləcək Qran-Pri və dünya çempionatı, eləcə də 2024-cü ildə Bakıda təşkil olunacaq dünya çempionatına hazırlaşırıq. Əsas hədəf isə 2024-cü ildə keçiriləcək Paris Olimpiadasında yüksək səviyyədə çıxış etməkdir. Olimpiadada medal qazanmadan karyeramı yekunlaşdırmaq istəmirəm".
Bənzər xəbərlər

Üç güləşçimiz Paris-2024-ə lisenziya qazandı
Yığma komandamız Belqradda birinci oldu
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə ... Ətraflı

“Böyük dəbilqə” turniri 5 medalla yadda qaldı
Sentyabrın 22-24-də paytaxtımız daha bir beynəlxalq yarışa - ümummilli lider ... Ətraflı