Xəbərlər

Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatında Azərbaycan təmsilçilərinin çıxışı davam edir

24 mart 2022 206


Martın 24-də Fransanın Montpellier şəhərində davam edən Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatında Azərbaycanı təmsil edən idmançımız Vladimir Litvintsev qısa proqramda ilk çıxışını edib. 

Atletimiz 30 idmançı arasında 85.83 xal toplayaraq 13-cü yerə yüksəlib.

Topladığı xalların nəticəsinə uyğun olaraq Vladimir Litvintsev növbəti mərhələyə yüksəlib və martın 26-da sərbəst proqram üzrə çıxış etmək imkanı qazanıb.

Qeyd edək ki, martın 21-də start götürən Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatında Azərbaycan 4 idmançı- Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy ilə təmsil olunur.

Martın 23-də qısa proqram üzrə çıxış edən Yekaterina Ryabova martın 25 -də sərbəst proqramda öz bacarığını nümayiş etdirəcək. 

Aleksandr Kolosovskiy və Yekaterina Kuznetsova  isə martın 25 və 26-da qısa və səbəst proqram üzrə çıxış edəcəklər.

Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatı martın27-ə kimi davam edəcək.