Xəbərlər

Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

07 noyabr 2023 428

Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 59 komandanın 227 üzvü qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan final döyüşlərində qalib gələn Bilalhəbəşi Nəzərov, Zidan Hümbətov, Ömər Aslanlı, Məhəmmədli Aşurəliyev, Məhəmmədəli Qasımzadə, İbrahim Zeynalov, Hüseyn Hacıyev, Ayxan Əliyev, Mircəlal Mirağayev, Hüseyn Hüseynli, Ruslan Qəhrəmanov, Kənan Nəcəfov və İlkin Məmmədli çempion tituluna sahib çıxıblar.

Komanda hesabında “Neftçi” İdman Klubu (36) birinci yeri tutub. İkinci pilləyə Z-1 İdman Klubu (27) yiyələndiyi halda, “üçlüy”ü “Təhsil” Respublika İdman Mərkəzi (26) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Məhəmmədəli Aşurəliyev layiq görülüb. Asif Məmmədov (Gəncə) ən yaxşı hakim adına sahib olub.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, 71 kiloqram çəki dərəcəsində yarımfinalda 2 boksçu diskvalifikasiya olunduğundan digər cütdə qalib gələn çempion, məğlub olan bürünc medalçı olub.

Azərbaycan birinciliyi

VI günün nəticələri

Finallar

48 kiloqram

Bilalhəbəşi Nəzərov (Astara) – Ramal Yolçuyev (Qəbələ) – 4:1

51 kiloqram

Zidan Hümbətov (“Neftçi” İK, Şirvan) – Sabir Dadaşov (“Neftçi” İK) – 3:2

54 kiloqram

Ömər Aslanlı (“Təhsil” RİM) – Tağı Nəsibov (“Firuz” BT) – 4:1

57 kiloqram

Məhəmmədli Aşurəliyev (“Zabit” İK) – Elbrus Kərimli (Naxçıvan MR) – 5:0

60 kiloqram

Məhəmmədəli Qasımzadə (“Ağa” İK) – Tofiq Zahirov (“Təhsil” RİM) – ikinci döyüşə gəlməyib

63,5 kiloqram

İbrahim Zeynalov (Gəncə) – Mirhəsən İbrahimov (“Zabit” İK) – 5:0

67 kiloqram

Hüseyn Hacıyev (Sumqayıt) – Ayxan Zeynallı (Mingəçevir) – birinci tam üstünlüklə qalib gəlib

71 kiloqram

Ayxan Əliyev (“Neftçi” İK) – rəqibi diskvalifikasiya olunub

75 kiloqram

Mircəlal Mirağayev (“Neftçi” İK) – İrfan Xəlili (Z-1) – birinci tam üstünlüklə qalib gəlib

80 kiloqram

Hüseyn Hüseynli (Z-1 İK) – Şamil Nəcəfov (Tərtər) – ikinci döyüşə gəlməyib

86 kiloqram

Ruslan Qəhrəmanov (DİN İK) – Şahin Dadaşov (UGM-13) – birinci tam üstünlüklə qalib gəlib

92 kiloqram

Kənan Nəcəfov (“Roman” İK) – Fəxrəddin Hüseynov (“Neftçi” İK) – 5:0

+92 kiloqram

İlkin Məmmədli (“Neftçi” İK) – Orxan Ağayev (“Zabit” İK) – 4:1

Bütün mükafatçılar

48 kiloqram

1. Bilalhəbəşi Nəzərov (Astara)

2. Ramal Yolçuyev (Qəbələ)

3. Ayaz Tağızadə (“Təhsil” RİM)

3. Fərid İsmayılzadə (UGİM-1)

51 kiloqram

1. Zidan Hümbətov (“Neftçi” İK, Şirvan)

2. Sabir Dadaşov (“Neftçi” İK)

3. Ənəs Ağayev (Sumqayıt)

3. Rauf Məmmədov (Gəncə)

54 kiloqram

1. Ömər Aslanlı (“Təhsil” RİM)

2. Tağı Nəsibov (“Firuz” BT)

3. Əli Xudaverdiyev (“Səbail” İK)

3. Ülvi Həbibov (“Neftçi” İK)

57 kiloqram

1. Məhəmmədli Aşurəliyev (“Zabit” İK)

2. Elbrus Kərimli (Naxçıvan MR)

3. Ruslan Ruşanov (Cəlilabad)

3. Faiq Mollayev (Z-1 İK)

60 kiloqram

1. Məhəmmədəli Qasımzadə (“Ağa” İK)

2. Tofiq Zahirov (“Təhsil” RİM)

3. Ayxan Heydərov (Naxçıvan MR)

3. Vaqif Hacıyev (UGM-7)

63,5 kiloqram

1. İbrahim Zeynalov (Gəncə)

2. Mirhəsən İbrahimov (“Zabit” İK)

3. Nurlan Paşayev (Mingəçevir)

3. Uğur Tağıyev (Şirvan)

67 kiloqram

1. Hüseyn Hacıyev (Sumqayıt)

2. Ayxan Zeynallı (Mingəçevir)

3. Abbasqulu Şadlinski (BFL)

3. Məhəmməd Quliyev (Z-1 İK)

71 kiloqram

1. Ayxan Əliyev (“Neftçi” İSM)

3. Rahib Həsənli (Şirvan)

75 kiloqram

1. Mircəlal Mirağayev (“Neftçi” İK)

2. İrfan Xəlili (Z-1)

3. Kənan İsayev (“Təhsil” RİM)

3. Fuad Babayev (Z-1 İK)

80 kiloqram

1. Hüseyn Hüseynli (Z-1 İK)

2. Şamil Nəcəfov (Tərtər)

3. Təyyar Allahverdiyev (“Təhsil” RİM)

3. Tunar Cəfərov (“Qızıl əlcək” İK)

86 kiloqram

1. Ruslan Qəhrəmanov (DİN İK)

2. Şahin Dadaşov (UGM-13)

3. Rüfət Xudaverdi (“Neftçi” İK)

3. Onur Xudulov (Zaqatala)

92 kiloqram

1. Kənan Nəcəfov (“Roman” İK)

2. Fəxrəddin Hüseynov (“Neftçi” İK)

3. Qurban Qurbanov (Gəncə)

3. Famil Vəliyev (BFL)

+92 kiloqram

1. İlkin Məmmədli (“Neftçi” İK)

2. Orxan Ağayev (“Zabit” İK)

3. Həsən Sadıqzadə (“Zabit” İK)

3. Araz Nəsirli (“Ağa İK”)