Xəbərlər

Gimnastımız Olimpiadada çıxış edib

06 avqust 2021 546

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub. 20 yaşlı gimnast fərdi çoxnövçülükdə təsnifat mərhələsini adlaya bilməyib.

 

O, topla hərəkətdə hakimlərdən 23,400 xalla 16-cı olub. Ağamirovanın 17-ci olduğu halqa ilə çıxışı isə 23,000 xalla qiymətləndirilib. İdmançımızın lentlə hərəkəti 19,900-ə (15) layiq görülüb. Çıxışını gürzlərlə bitirən gimnastımız 21,500 (21) xal alıb.

 

Beləliklə, təmsilçimiz 4 hərəkətin yekuna əsasən 87,800 xal yığıb. O, çıxışını 18-ci yerdə başa vurub və Zöhrənin finala yüksəlmək şansını itirib. Qeyd edək ki, ümumi siyahıda ilk 10 pillədə qərarlaşan gimnastlar sabahkı finala yüksəlib.