Güləş üzrə Azərbaycan millisi Qazaxıstanda təlim-məşq toplanışına başlayıb
22 fevral 2024 982
Yunan-Roma güləşi üzrə 20 yaşadək gənclərdən ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma bu gündən Çimkənd şəhərində təlim-məşq toplanışına başlayıb.
Martın 9-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 18 güləşçi yer alıb. Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı toplanışda Qazaxıstan, Ukrayna, Özbəkistan, Tacikistan və Səudiyyə Ərəbistanı yığmaları da iştirak edirlər.
Komanda hazırlıq prosesini başa vurduqdan sonra martın 11-13 Astanada keçiriləcək Jaksılık Uşkempirov turnirində çıxış edəcək.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı