Həsrət Cəfərov: Vətənə qalib olaraq qayıtmaq gözəl hisslər yaradır
16 avqust 2022 1137
Şükürlər olsun ki, Vətənə qızıl medalla qayıtdım. Finalda qırğızıstanlı güləşçi ilə qarşılaşdım. Hakimlərin haqsızlığı ilə üzləşdim, lakin sonda qələbə qazana bildim.
Bu sözləri jurnalistlərə açıqlamasında V İslam Həmrəyliyi Oyunlarının yunan-Roma güləşi üzrə qızıl medalının sahibi Həsrət Cəfərov söyləyib.
“Vətənə qalib olaraq qayıtmaq, çox gözəl hisslər yaradır. İyirmi gündən sonra Belqradda dünya çempionatı keçiriləcək. Bundan sonra bu çempionata hazırlaşacağıq”, - deyə güləşçimiz qeyd edib.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı