Heydər Əliyev Mərkəzində “Qarabağ FK - 30 mövsüm səfərdə” sənədli filminin təqdimatı olub
01 mart 2024 1377
Martın 1-də Heydər Əliyev Mərkəzində “Qarabağ FK - 30 mövsüm səfərdə” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Mərasimdə hökumət rəsmiləri, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, idman ictimaiyyətinin nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər.
Filmdə “Qarabağ” futbol klubunun yerli çempionatda və avrokuboklarda uğurlu çıxışı, Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra “İmarət” stadionunun taleyi, “köhlən atlar”ın sabiq futbolçusu, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovdan bəhs olunub.
Mədəniyyət Nazirliyinin, “Salnaməfilm” və “Azərbaycanfilm”in ortaq layihəsi olan dördhissəli filmdə xarici jurnalistlərin və futbolçuların “İmarət” stadionu, “Qarabağ” klubu ilə bağlı hazırladıqları materiallar və onların fikirləri də yer alıb.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı










