İCRAİYYƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB
15 aprel 2022 1259
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun rəhbərliyi altında İcraiyyə Komitəsinin 2022-ci ildə ilk iclası keçirilib.
İclasda Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov İcraiyyə Komitəsinin digər üzvləri - I vitse-prezident Faiq Həsənov, vitse-prezident, Naxçıvan MR Şahmat Federasiyasının rəhbəri Seymur Talıbov, Sərxan Həşimov, Cahangir Ağarəhimov və baş katib İlahə Qədimova iştirak edib.
Görüşdə AŞF-nin nizamnaməsinə dəyişikliklər, cari ilin büdcəsi, yığma komandaya seçim şərtləri, təqaüd alacaq şahmatçıların müəyyən olunma kriteriyaları, daimi komissiyaların yaradılması və yarışların 2022-ci il üçün təqvimi müzakirə edilib.
M.Məmmədov qarşıda şahmatçıları bir sıra nüfuzlu yarışların gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
