“İdman interaktivi. Həndbol” adlı layihə çərçivəsində ustad dərsləri keçirilib
08 oktyabr 2023 1140
Azərbaycan Həndbol Federasiyasının təşəbbüsü ilə oktyabrın 8-də “AHF Arena”da “İdman interaktivi. Həndbol” adlı layihə çərçivəsində ustad dərsləri keçirilib.
Rusiya Federasiyasının idman ustası, 3 qat dünya çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı, Çempionlar Liqasının və Kuboklar kuboku turnirinin qalibi Emiliya Tureyin apardığı dərslərdə paytaxtda fəaliyyət göstərən idman məktəblərinin həndbolçuları iştirak ediblər. Təcrübəli mütəxəssis ən populyar idman növlərindən sayılan həndbolun sirrlərini, daha böyük maraq doğuran və həvəs oyadan məqamlarını uşaqlarla bölüşüb.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı