İdmançı və mütəxəssislərə dövlət mükafatları təqdim edilib
15 mart 2022 1422
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilmiş idmançıların martın 15-də mükafatlandırılması mərasimi keçirilib.
Tokio Yay Olimpiya və Paralimpiya oyunlarında mükafat qazanmış Azərbaycan idmançılarının və məşqçilərinin təltifetmə mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər. Tokioda uğur qazanmış idmançıları yüksək dövlət mükafatlarına layiq görülmələri münasibətilə təbriklər çatdırılıb, onlara qarşıdakı yarışlarda, xüsusən də Paris Yay Olimpiya və Paralimpiya oyunlarında uğurlar arzulanıb.
Sonra gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif edilmiş idmançı və məşqçilərə müvafiq dövlət mükafatlarının medal və vəsiqələrini təqdim edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust və 2021-ci il 6 sentyabr tarixli sərəncamları ilə Tokio Olimpiadasında qazandıqları uğurlara görə 7 nəfər “Vətənə xidmətə görə” ordeni, 2 nəfər “Əmək” ordeni, 7 nəfər “Tərəqqi” medalı, 5 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bundan başqa, Paralimpiya Oyunlarındakı yüksək nəticələrə görə 4 nəfər “Şöhrət”, 14 nəfər “Vətənə xidmətə görə”, 3 nəfər “Əmək” ordenləri, 3 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 11 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı







