“İlkə imza atdığım üçün xoşbəxtəm”
24 oktyabr 2022 1189
İtaliyada şahmat üzrə gənclər arasında dünya çempionatının qalibi Gövhər Beydullayeva təəssüratlarını jurnalistlərlə bölüşüb. Şahmatçı son illər 20 yaşlılar arasında çempion olmağı arzuladığını bildirib: “Yarışa ciddi hazırlaşmışdım. Dünya çempionatına qələbə üçün getmişdim. İlk turlardan başlayaraq üstünlük əldə etməyim məni daha da ruhlandırdı. Sondan əvvəlki turda artıq qələbəni təmin etdiyimi hiss edirdim. Ölkəmizin şahmat tarixində bir ilkə imza atdığım - 20 yaşa qədər qadınlar arasında qızıl medal qazandığım üçün xoşbəxtəm”.
Gövhər Beydullayeva növbəti hədəf kimi Dünya Kubokunda uğurlu çıxış etməyə çalışacağını söyləyib: “Dünya kubokunda da maksimum nəticə göstərmək istəyirəm. Qadınlar arasında dünya çempionatında iştirak edərək həmin yarışda da Azərbaycanı layiqincə təmsil etmək arzularımdan biridir”.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı


