İsrailin Hayfa şəhərində keçirilən sambo üzrə yeniyetmə, gənclər və böyüklər arasında Avropa çempionatı başa çatıb
24 aprel 2023 1160
Azərbaycan Sambo Federasiyasından verilən məlumata görə, millilərimiz yarışı 9 medalla başa vurub. Bunlardan 2-si gümüş və 7-si bürünc medaldır.
Belə ki, gənc samboçularımızdan Sahib Babayev (58 kq), Səməd Şıxıyev (79 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) bürünc, yeniyetmə idmançılarımızdan Elsevər Verdiyev (64 kq) gümüş və Amin İsmayılov (53 kq) bürünc medal qazanıb.
Xatırladaq ki, daha əvvəl böyüklərdən Mirfəttah Seyidəliyev (64 kq) gümüş, Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) isə bürünc medal əldə etmişdilər.
Bənzər xəbərlər
Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışı: 4 mərhələ, 4 fərqli qalib
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında ... Ətraflı
AGF-də yeni Komitə təsis edilib
Azərbaycan Güləş Federasiyasının (AGF) Etika və İntizam komitəsi təsis edilib.
AGF-nin ... Ətraflı


