Kapitanından yoxsul "Gəncə" final seriyasındakı hesabı yenidən bərabərləşdirib
26 may 2023 951
26 may "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının (ABL) "Gəncə" və "Sabah" komandaları arasında final seriyasının dördüncü oyunu baş tutub. Zədə səbəbindən oyunda iştirak etməyən kapitan Amil Həmzəyev -siz "Gəncə" oyuna sürətli başlayıb. Start beşlikdə oyuna başlayan komanda üzvləri ilə sona qədər mübarizə aparan region təmsilçisi "Gəncə", qarşılaşmanın yekununda "Sabah" üzərində 93-90 hesablı qələbə qazanıb. Bu qələbə ilə "Gəncə" seriyadakı hesabı 2-2 edib. Final seriyasının beşinci oyunu 30 may tarixində baş tutacaq. Ən məhsuldar basketbolçular: "Gəncə BK" ( Kollin Törner - 25 xal, 9 ribaund), "Sabah BK" ( Entoni Patti - 27 xal, 7 ribaund )
Bənzər xəbərlər
"Olimpiya dünyası" qəzetinin əməkdaşı “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatına layiq görülüb
Yanvarın 14-də "Sportsman" jurnalının təsis etdiyi "Zəfər” 2025 Beynəlxalq İdman ... Ətraflı
AKAF-ın İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının İdarə Heyətinin 2025-ci ilin yekunları ... Ətraflı

.jpeg)
