Karateçilərimiz V İslam Həmrəyliyi Oyunlarında 6 medala sahib olublar
18 avqust 2022 1136
Azərbaycan karateçisi Asiman Qurbanlı Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olub.
Yarışda 84 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız finalda uduzaraq gümüş medalla kifayətlənib.
Karateçilərimiz İslamiadanı 6 medalla başa vurublar. İrina Zaretska (64 kq) qızıl, Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlı gümüş, Mədinə Sadıqova (55 kq), Roman Heydərov (kata) və Tural Ağalarzadə (67 kq) isə bürünc medala sahib çıxıblar.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
