Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin oyunlarının vaxtı dəqiqləşib
26 mart 2023 997
Yarımfinal və final mərhələlərindən ibarət pley-offda ilk qarşılaşmalar martın 29-da və 30-da keçiriləcək.
Martın 29-da qadın voleybolçuların Yüksək Liqasında yarımfinalın ilk oyunları çərçivəsində “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşacaq.
Martın 30-da kişi voleybolçuların Yüksək Liqasının ilk yarımfinal matçlarında “Murov”la MOİK, “Xarı bülbül”lə isə “Neftçi” üz-üzə gələcək.
Qeyd edək ki, əsas mərhələdə baş tutmuş dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
Yüksək Liqa (qadınlar)
Yarımfinal (1-ci oyun)
16:00 “Abşeron” - “Murov”
18:00 “Azərreyl” - UNEC
Yüksək Liqa (kişilər)
Yarımfinal (1-ci oyun)
16:00 “Murov” - MOİK
18:00 “Xarı bülbül” - “Neftçi”
Oyunlar Voleybol Mərkəzində keçiriləcək, giriş sərbəstdir.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı