Mariya Stadnik: Qələbəmi Azərbaycan xalqına həsr edirəm
10 avqust 2022 1097
Övladlarım ilk dəfə tribunada mənim mübarizəmi izlədilər. Hər dəfə döşək üzərinə çıxanda övladlarım məni qələbəyə səsləyiblər. Qızım dedi: Ana 1,5 saat gözlədim ki, çıxıb mübarizə aparacaqsan. Sən isə çox qısa zamanda qalib gəldin. Ona görə də finalda nisbətən çox güləşdim ki, qızım narazı qalmasın.
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qadın güləşi yarışlarında qızıl medal qazanan Azərbaycan təmsilçisi Mariya Stadnik jurnalistlərə müsahibəsində deyib.
Uzun fasilədən sonra xalçaya qayıdan M.Stadnik yalnız ilk görüşdə psixoloji təzyiq hiss etdiyini söyləyib: “Sonradan hər şey qaydasına düşdü. Qələbəmi Azərbaycan xalqına həsr edirəm. İstərdim ki, idmandakı uğurlarımız insanlara sülh və əmin-amanlıq gətirsin”.
Titullu güləşçimiz sentyabrın 10-18-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında iştirakını planlaşdırdığını bildirib: “Övladlarım mənə deyirlər ki, burada bu cür qələbələr qazanmısansa, dünya çempionatına mütləq qatılmalısan”.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı