Xəbərlər

MDB, Baltikyanı və Gürcüstan ölkələrinin Milli Olimpiya Komitələrinin forumu keçirilib

29 sentyabr 2017 542

29-30 sentyabr 2017-ci il tarixlərində MDB, Baltikyanı və Gürcüstan ölkələrinin Milli Olimpiya Komitələrinin forumu keçiriləcəkdir. Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya Həmrəyliyi” proqramı çərçivəsində keçirilən tədbir Bakıda “JW Mariott Absheron Baku” otelində baş tutacaqdır.

12 ölkənin Milli Olimpiya Komitələrinin 50-yə yaxın nümayəndə heyəti birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazaları və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin həyata keçirilməsində qarşılıqlı fəaliyyət, beynəlxalq idman təşkilatları səviyyəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaqdır.

Forumda adı çəkilən Milli Olimpiya Komitələrinin prezident, vitse-prezident və digər üzvlərinin iştirakı nəzərdə tutulmuşdur. Azərbaycanı tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və AOK-un İcraiyyə Komitəsinin üzvü Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev təmsil edəcək.

Forumun koordinatoru, Rusiya Olimpiya Komitəsi Təşkilat Komitəsinin sədri Yuriy Yureviç tədbirin MOK-lar arasında əlaqələrin möhkəmlənməsi və fikir mübadiləsinin Olimpiya hərəkatında rolunu vurğuladı.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyinin qeyd edildiyini bildirib. Nazir atletletlərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlərdən və respublikamızda Olimpiya hərəkatının inkişafından söhbət açıb.

Forumun açılışında çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Janez Koçijançiç Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Ölkəmizin zəngin idman ənənələrinə sahib olduğunu deyən J.Koçijançiç forumda maraqlı mövzuların müzakirə olunacağını diqqətə çatdırıb.

Rəsmi çıxışlardan sonra forumun üzvləri Olimpiya Hərkatı, Olimpiya və Avropa oyunları, Olimpiya Gündəliyi 2020, idmanın təşviqi və digər mövzularda çıxışlar edib.

Forum 2 gün davam edəcəkdir, 29 sentyabr tarixində mərüzə çıxışlar, 30 sentyabrda isə müxtəlif idman obyektləri ilə tanışlıq olacaqdır.