Milli Olimpiya Komitəsində Blue Planet LLC nümayəndələri ilə görüş keçirildi
17 aprel 2023 1702
Aprelin 17-də MOK və Blue Planet LLC-nin qarşılıqlı əməkdaşlığının müzakirə olunduğu görüş baş tutdu. MOK-un vitse -prezidenti Çingiz Hüseynzadə qurumlar arasındakı əməkdaşlığın qısa tarixinə nəzər saldı. Avropa Oyunları, Çimərlik oyunları və Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlaşan Azərbaycan idmançılarının qarşısında duran vəzifələrdən danışdı.
Blue Planet LLC-nin direktoru Mehriban Axundova heyətin yeni üzvlərini təqdim etdi. Əməkdaşlığın qarşılıqlı faydasından danışan Mehriban Axundova artıq razılaşdırlmış tərəfdaşlığın detallarının müzakirə olunduğunu bildirdi. MOK-un marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva xüsusi təqdimatla çıxış etdi. Təqdimatda tərəflər arasındakı əməkdaşlığın detallarından bəhs edildi. MOK-un Baş katibi Azər Əliyevin də iştirak etdiyi görüşdə idmanının kütləviləşdirilməsinə xidmət edən layihələr, gələcək perspektivlərə dair məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, Milli Olimpiya Komitəsi və Blue Planet LLC şirkəti 2023-2024-cü illər ərzində əməkdaşlıq etməyə, tərəfdaş qismində çıxış etməyə razılığa gəldilər.
Sonda xatirə fotosu çəkildi.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)