MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə İtaliyanın ölkəmizdəki səfiri Claudio Taffurini qəbul edib.
17 dekabr 2021 1776
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi (MOK) və İtaliya Milli Olimpiya Komitəsi (CONI) arasında imzalanan anlaşma memorandumunu xatırladıb. Prezident İlham Əliyevin İtaliyaya ilk dövlət səfərində (20.02.20) imzalanmış sənədin MOK və CONI arasında Olimpiya Hərəkatının inkişafını, idmanın mənəvi və etik dəyərlərinin mühafizəsini dəstəkləməyi nəzərdə tutan məqamlarından bəhs edib. MOK-un Baş Katibi Azər Əliyev və Marketinq idarəsinin rəhbəri Mehman Kərimov MOK-un həmçinin İtaliya və Azərbaycan arasında diplomatik əlaqələrin 30 illik yubiley ili olan 2022-ci illə bağlı bir sıra əməkdaşlıq təkliflərini səfirə təqdim etdikdən sonra tərəflər əməkdaşlıq planlarını müzakirə edib.
Italiyanin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Claudio Taffuri MOK-un yenidən seçilmiş vitse-prezidenti Çingiz Hüseynzadəni və Baş Katib Azər Əliyevi təbrik edərək onlara işlərində uğurlar arzulayıb. Səfir eyni zamanda MOK ilə İtaliya səfirliyi arasında bir sıra əməkdaşlıq təkliflərinin ətrafında fikir mübadiləsi aparılmasının əhəmiyyətini vurğulayıb.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı
.jpeg)
.jpeg)

.jpeg)
