Nazir Fərid Qayıbov Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış olub
16 sentyabr 2021 1943
Sentyabrın 15-də gənclər və idman naziri Fərid Qayıbov Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış olub.
Vüqar Həşimov Şahmat Akademiyası Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən qeydiyyata alınmış ilk Azərbaycan Şahmat Akademiyasıdır. Burada nazir şahmatçılarla görüşərək onların hazırlıqları ilə maraqlanıb, akademiya yetirmələrinin əldə etdiyi nailiyyətlərin sərgiləndiyi şahmat muzeyinə baxıb. Daha sonra nazir V.Həşimovun ailə üzvləri ilə görüşüb. Mərhum qrossmeysterin atası Qasım Həşimov akademiyanın yaranması, fəaliyyəti, uğurları barədə ətraflı məlumat verib. Akademiyanın gələcək planları, çətinlikləri barədə fikir mübadiləsi aparılıb.
Sonda nazir Fərid Qayıbov 17-24 sentyabr 2021-ci il tarixlərində Şimali Makedoniyada keçiriləcək şahmat üzrə klublararası Avropa kubokunda Azərbaycanın yeganə təmsilçisi olacaq Vüqar Həşimov Şahmat Akademiyasının komandasına bu mötəbər turnirdə uğurlar arzulayıb, akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı

.jpeg)
.jpeg)
.jpeg)

