OCEP çərçivəsində "Uşaq Atletikası" yarışı keçirilir
25 oktyabr 2022 1659
Avropa Atletika Assosiyasiyasının dəstəyi ilə Azərbaycan Atletika Federasiyasının təşkil etdiyi "Uşaq Atletikası" yarışı Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) çərçivəsində iştirak edən 18 məktəbdə tətbiq edilir.
26, 27 və 28 oktyabr tarixlərində keçirilən "Uşaq Atletikası" yarışlarının təsnifat mərhələsinin hər birində 6 məktəb olmaqla, ümumilikdə 18 məktəb iştirak edəcək. Hər mərhələdə ən yaxşı nəticə göstərən iki məktəb noyabr ayında keçiriləcək "Zəfər Günü"nə həsr olunmuş yarışa vəsiqə qazanacaq.
26 oktyabr; № 193,286,276,32,49,245;
27 oktyabr; № 17,111,311,158,177,83;
28 oktyabr; № 242,189-190,42,56,291,53;
Yarışda top atma, vortex atma, çarpaz tullanma, uzunluğa tullanma, "Formula 1" və sədlərlə estafet növləri üzrə oyunlar istifadə olunacaq. Final mərhələsində qaliblərə medallar, sertifikatlar və müxtəlif hədiyyələr, qalib komandaya isə kubok təqdim olunacaq.
Qeyd edək ki, layihənin final mərhələsi ilə bağlı tədbir noyabrn 3-də saat 14:00-da baş tutacaq.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı





