Xəbərlər

Olimpiya Gündəliyi 2020 komissiyası çərçivəsində MOK təcrübəçiləri təqdimat keçirdilər.

25 may 2018 674

Milli Olimpiya Komitəsi Olimpiya 2020 gündəliyinin tövsiyyələrini edərək Azərbaycanda Olimpiya dəyərlərini təbliğ etməyə davam edir. Bu səbəbdən, növbəti belə tədbir MOK-un təcrübüçiləri ilə baş tutdu. İki aydan çox müddətdə təcrübə keçən tələbələr Olimpiya Oyunları, Olimpiya dəyərləri və digər administrativ işlər ilə yaxından tanış oldular. Xüsusi diqqət cəlb edən təcrübə müddətində tələbələrin qeyd olunanlarla yanaşı Olimpiya haqqında müxtəlif mövzularda təqdimatların hazırlanması idi.

Mövzular əsasında tələbələr “Olimpiya Gündəliyi 2020” komissiyasının üzvlərinə təqdimat keçirdilər. Sonda ən yaxşı 3 təqdimat “ ən yaxşı İT təqdimatı” və ya “ İnglis dilində ən yaxşı təqdimat” bölmələri izrə qaliblər seçildi. Belə tədbirlərin tələbələrdə Olimpiya təhsili haqqında məlumatlar əldə etməsi, genişləndirilməsi və idmanda tədbiq olunmasında xüsusi rolu var.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Komissiya gələn il üçün stajçı tələbələrin Olimpiya təhsili barədə malumatını artırmaqla və Olimpiya xəbərdarları kimi istifadə etməklə yanaşı, müvafiq bir layihə hazırlamağa qərar verdi. “Gənc Olimpiya Peyğəmbərləri” layihəsinin təqdimatının, o cümlədən Olimpiya mövzularında təqdimatların bütün mərhələləri MOK-un sosial media hesabları vasitəsilə paylanacaq. Komissiya həmçinin digər MOK-ların öz ölkələrində oxşar Olimpiya təhsil layihələrini həyata keçirməyə ümid edir.

Tədbir İdman hamı üçün proqramı çərçivəsində yayımlanan “İdmanda dopinqə qarşı” videosunun təqdimatı ilə sona çatdı. Bu rpoqram “Olimpiya Gündəliyi 2020” komissiyasının ilk layihəsidir.