Xəbərlər

“Oyunlar koronavirusla və ya onsuz keçiriləcək. Yarış gələn il iyulun 23-də başlayacaq”

08 sentyabr 2020 283

Bu sözləri Frans Press agentliyinə müsahibəsində, Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Con Kouts deyib. O bildirib ki, Yaponiyanın paytaxtı Tokioda baş tutmalı olan Yay Olimpiya Oyunları təxirə salınmayacaq. Koutsun sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı vəziyyətdən asılı olmayaraq yarış baş tutacaq: “Öncədən bu Oyunların mövzusu Yaponiyanın 2011-ci ildəki sunamidən sonra bərpası olmalı idi. İndi yəqin ki, bu mövzu koronavirus üzərində qələbəyə, tunelin sonunda işığa həsr olunacaq. Təşkilatçıların əsas vəzifəsi yarışın keçirilməsi üçün lazım olan əks tədbirləri nəzərdən keçirməkdir. Bəzi ölkələrdə koronavirus nəzarət altında olacaq, bəzilərində isə yox. Oyunlara idmançılar bütün ölkələrdən gələcək. Olimpiadaya 206 yığma qatılmalıdır. Bir sözlə, təşkilatçılar qarşısına indi geniş miqyaslı vəzifə qoyulub”.