“Prezident Kuboku-2024” yenidən Avropa Kanoe Assosiasiyasının təqviminə daxil edilib
01 mart 2024 1209
Avropa Kanoe Assosiasiyası (ECA) “Prezident Kuboku-2024” beynəlxalq reqatasını ikinci dəfə rəsmi təqvim planına daxil edib.
Təsdiqlənmiş təqvimə əsasən, iştirakçı komandalar Bakıya aprelin 29-da gələcəklər.
Bir gün sonra Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və parad təşkil olunacaq.
Mayın 1-i Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata mayın 2-3-də Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris və İdman Mərkəzində (OTİM) davam edəcək. Eyni gündə yarışların final görüşləri keçiriləcək.
ECA həmçinin Azərbaycanda avarçəkmə üçün uyğun olan yeni su hövzəsinin təqdimatının olacağı barədə məlumat verib. Mayın 4-də işğaldan azad olunan Füzuli rayonunda yerləşən Köndələnçay su anbarının açılış mərasimi baş tutacaq.
Xatırladaq ki, “Prezident Kuboku-2023” beynəlxalq reqatası da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı