Qadın güləşində növbəti uğur
12 mart 2022 1426
Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qadın güləşi üzrə mübarizə başa çatıb.
Millimiz bu yarışda 5 illik sindroma son qoyub. Belə ki, sonuncu dəfə 2017-ci ildə keçirilən analoji yarışda qadın güləşində medal qazanmışdıq. Plovdivdə cəmi 6 güləşçiylə təmsil olunan yığmamızın 4 üzvü fəxri kürsüyə qalxdı. Jalə Əliyeva (62 kq) qızıl, Elnurə Məmmədova (55 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazandı. Bu nəticəylə komandamız 93 xalla Avropa çempionatını 5-ci pillədə başa vurdu. Millimiz yalnız Türkiyə (143), Macarıstan (120), Polşa (118) və Moldovadan (96) geri qaldı.
Qeyd edək ki, millimizin bu nəticəsi həm medalların sayına, həm də əyarına görə U-23 Avropa çempionatları tarixində qadın güləşində ikinci ən böyük uğurdur. Yalnız 2016-cı ildə Bolqarıstanın Ruse şəhərində təşkil olunan qitə birinciliyində bundan bir medal artıq (1 qızıl, 1 gümüş, 3 bürünc) əldə edilmişdi.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı